Çinin cənub-şərqində yerləşən Tszyansi əyalətində palçıq və daş selinin baş verməsi nəticəsində ən azı 12 nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Sinhua" agentliyi məlumat yayıb.
Təbii fəlakət sentyabrın 5-də səhər saatlarında Tsziyan şəhər dairəsində qeydə alınıb. Hazırda yeddi nəfərin itkin düşdüyü bildirilir.
Şiddətli sel səkkiz yaşayış evini tamamilə dağıdıb, daha dörd binaya isə qismən ziyan dəyib.
Qeyd edək ki, ilkin məlumatlarda fəlakət nəticəsində beş nəfərin öldüyü, yeddi nəfərin isə itkin düşdüyü bildirilmişdi.
Fəlakət bölgəsində 170-dən çox şəxsin cəlb olunduğu axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Bununla yanaşı, yolların möhkəmləndirilməsi və yeni geoloji fəlakətlərin qarşısının alınması məqsədilə mühəndislik işləri həyata keçirilir.
Xatırladaq ki, bir müddət əvvəl sözügedən regionda "Saudel" tayfunu tüğyan etmiş fasiləsiz leysan yağışları yağmışdı.
Çinin cənub-şərqində yerləşən Tszyansi əyalətində baş verən palçıq və daş seli nəticəsində ən azı beş nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb. Təbii fəlakət sentyabrın 5-də səhər saatlarında Tsziyan şəhər dairəsində qeydə alınıb. Hazırda yeddi nəfərin itkin düşdüyü bildirilir.
Güclü axın səkkiz yaşayış evini tamamilə yerlə bir edib, daha dörd binaya isə cüzi ziyan dəyib.
Fəlakət bölgəsində 170-dən çox şəxsin cəlb olunduğu axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Bununla yanaşı, yolların möhkəmləndirilməsi və yeni geoloji fəlakətlərin qarşısının alınması məqsədilə mühəndislik işləri də həyata keçirilir.
Qeyd edək ki, bundan əvvəl sözügedən region "Saudel" tayfununun təsirinə məruz qalmış və bu səbəbdən bölgədə aramsız leysan yağmışdı.