Çində beynəlxalq arxeoloji ekspedisiya qrupu 120 milyon il yaşamış müxtəlif növ dinozavrların izlərini aşkar edib.
Oxu.Az “Sinxua” agentliyinə istinadla xəbər verir ki, ABŞ, Çin və Avstraliyadan olan alimlər izləri ölkənin şərqindəki Şandun bölgəsində tapıblar.
Ümumilikdə 300-dək iz aşkarlanıb. Lini Universitetinin araşdırmaçıları tapıntını “şokedici” adlandırıblar və bildiriblər ki, bundan öncə bölgədə oxşar izlər aşkar olunmayıb.
Fossils of diverse dinosaur footprints are found in east China's Shandong, which suggests dinosaurs lived in groups https://t.co/Uqn3XmrcqM pic.twitter.com/7QRNkoXIUL
— XHscitech (@XHscitech) June 20, 2018