Çinin inşa edilən elektrik stansiyasında baş verən qəza nəticəsində ölənlərin sayı 74 nəfərə çatdı.
Oxu.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Sinyuxa agentliyi məlumat yayıb.
Dünən yerli vaxt ilə 07:00-da (03:00 Bakı vaxtı ilə) Fençen şəhər dairəsində elektrik stansiyasında soyuducu qülləsi çöküb. Daha öncə qəzada 67 nəfərin öldüyü bildirilmişdi.
Xilasedicilərin məlumatına görə, daha iki nəfər yaralanıb. Qurbanlardan 68 nəfərinin kimliyi müəyyənləşdirilib.
Daha öncə verilən məlumata görə, axtarış-xilasedici əməliyyata altı qrupa bölünmüş təxminən 400 nəfər, eləcə də yeddi qaldırıcı kran cəlb edilib. “China News Service” agentliyi dağıntılar altında qalan insanların axtarışında doqquz xüsusi təlim keçmiş itdən və xüsusi avadanlıqdan da istifadə edildiyi barədə məlumat yayıb.
N.O.
www.oxu.az