Çin hakimiyyəti ölkənin cənub-qərbində yerləşən Sıçuan əyalətində leysan yağışları və daşqın təhlükəsi ilə əlaqədar təxminən 65 min nəfəri təxliyə edib.
Oxu.Az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, avqustun 1-də leysan yağışları əyalətin inzibati mərkəzi olan Çendu şəhəri də daxil olmaqla bir neçə yaşayış məntəqəsində yenidən başlayıb.
Ötən sutka ərzində bəzi rayonlarda yağıntının miqdarı 186 millimetrə çatıb.
Rəsmi məlumatlara əsasən, Sıçuanda may ayından etibarən davam edən daşqın mövsümündə indiyədək ümumilikdə 881 min nəfər təhlükəsizlik məqsədilə təxliyə olunub.