Çinin Juntszyan şəhərində baş verən daşqının başlanğıc anlarını əks etdirən görüntülər yayımlanıb.
Oxu.Az-ın verdiyi məlumata görə, kadrlarda sel sularının saniyələr içində şəhəri necə ağuşuna alması əks olunub.
Videoda, həmçinin küçədəki insanların qəfil gələn seldən təlaş içində qaçaraq canlarını qurtarmaq istədikləri də görünür.
Qeyd edək ki, daşqınlara görə şəhərdən təxminən 40 min nəfər təxliyə edilib.
Xatırladaq ki, Çinin cənub-qərbindəki Quyçjou əyaləti 50 ilin ən güclü daşqınlarına məruz qalıb, nəticədə azı altı nəfər həlak olub. Daşqın nəticəsində kənd və qəsəbələrdə infrastruktura böyük ziyan dəyib.