Çinə məxsus "China Eastern Airlines" şirkəti Hefey - Dalyan marşrutu üzrə həyata keçirilən uçuş zamanı qeydə alınan qalmaqallı hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına şikayət edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "South China Morning Post" nəşri yayıb.
Məlumata görə, göyərtədə xidmət göstərən zaman bələdçi qadın bilmədən araba ilə sərnişinin dirsəyinə toxunub. Nəticədə o, təyyarənin dəhlizində sərnişinin önündə diz çökərək üzr istəmək məcburiyyətində qalıb. Aviaşirkət öz əməkdaşının hüquqlarını müdafiə edib.
Şirkət nümayəndələrinin sözlərinə görə, sərnişinin bu addımı mülki hava gəmisində nizam-intizamı pozmaqla yanaşı, stüardessanın ləyaqətini də ciddi şəkildə alçaldıb. Toplanmış materiallar polisə təqdim olunub, həmin şəxsin adı isə şirkətin qara siyahısına daxil edilib.