Adı çəkilməyən çinli biznesmen məhşur porno ulduzu Rola Takizavanı 15 illik icarəyə götürüb.
Oxu.Az Metro-ya istinadən xəbər verir ki, biznesmen bunun üçün 5 milyon funt sterlinqindən keçməli olub.
Müqavilənin şərtlərin əsasən, Takizava bu müddət ərzində vaxtını yalnız öz icarədarı ilə keçirə biləcək. Cütlük artıq Pekində keçirilən mərasimdə bir yerdə görünüb.
Biznesmen onu heç kimin tanımaması üçün üzünə maska taxıb.
Porno aktrisanın fanatları onun ekranlardan getməsindən təəsüfləniblər. “Yox, o bizi belə tərk edə bilməz", - onlardan biri deyir. “O, ən yaxşılardan biridir. İnana bilmirəm ki, o başqa bir kişi ilə getdi”, - digəri deyir.
Qeyd olunur ki, Rola Takizavanın yarı rus, yarı yapondur. Lakin o daha çox məşhurluğu Yaponiyada qazanıb.