İran hökuməti ölkənin milli şirkətlərinin Amerika şirkətləri ilə ticarət əlaqələrinə icazə verib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə şənbə günü İranın ticarət, sənaye, mədən və kənd təsərrüfatı palatasının rəhbəri Qulamrza Şafeyi bildirib.
“Qeyri-rəsmi əlaqələr İran və ABŞ arasında birgə ticarət palatalarının yaradılmasına yol aça bilər”, - deyə, Şafeyi Mehr agentliyinə bildirib.
Şafeyi həmçinin qeyd edib ki, ABŞ-la birgə ticarət-sənaye palatasının yaradılması ideyası İranda son 10 ərzində müzakirə olunub.
“Hökumətlə zəruri məsləhətləşmələr aparılıb və bizə bildirdilər ki, əlaqə əvvəlcə İran və Amerikanın özəl sektorları arasında qurulmalı və möhkəmlənməlidir ki, sonra da bu birgə palatalar və treyderlər arasında formal əlaqələrə yol aça bilsin”, - deyə, Şafeyi izah edib.
Şafeyinin sözlərinə görə, amerikalı sahibkarlar artıq könüllü əsaslarla İran-Amerika ticarət-sənaye palatası yaradıblar, lakin o, rəsmi qeydiyyata alınmayıb. Şafeyi iddia edir ki, amerikalı iş adamları İranla ticarət əlaqələri qurmağa böyük maraq göstərirlər, lakin bu barədə hələlik rəsmi sorğu daxil olmayıb.