Asiyada ən böyük kazino imperiyasını yaradan milyarder Stenli Ho 98 yaşında vəfat edib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
S.Ho, həmçinin, Makaodakı ən böyük kazino şəbəkəsinin sahibi olub.
2018-ci ildə biznesmenin sərvəti 6,4 milyard dollar həcmində qiymətləndirilib.
Stenli Ho dörd dəfə evlənib. Bu evliliklərdən onun 17 uşağı dünyaya gəlib.