“Yuventus” klubunun ulduz futbolçusu Kriştianu Ronaldunun məşq zamanı topla maraqlı davranışı kameranın obyektivinə tuş gəlib.
Oxu.Az xəbər verir ki, “Yuventus” klubunun “Instagram” səhifəsində yayımlanan görüntüdə portuqaliyalı hücumçunun uzaq məsafədən topu ayağı ilə basketbol səbətinə saldığı əks olunub.
Qeyd edək ki, İtaliya A Seriyasında çempionat oyunlarının iyunun 20-də bərpası nəzərdə tutulur.