ABŞ vitse-prezidenti Co Baydenin oğlu Bo Bayden mayın 30-da 46 yaşında beyin xərçəngindən vəfat edib.
Oxu.Az Reuters-ə istinadən xəbər veirir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin məlumatında bildirilir.
“Biz bilirik ki, Bo Baydenin ruhu həmişə onun arvadı Helli, və iki gözəl uşağı Natali və Hanterenin yanında olacaq”, - məlumatda deyilir.
ABŞ prezidenti Barak Obama da artıq öz başsağlığını verib. “Bu xəbər Mişeli və məni çox kədərləndirdi. Bo Bayden bizim dostumuz idi”.
Xatırladaq ki, ABŞ vitse-prezidentinin oğlu Delaver ştatının baş prokuroru vəzifəsində çalışıb. Son vaxtlar isə o investisiya şirkətində işləyib. Kiçik Bayden həmçinin Kosovoda çalışıb, o, həmçinin İraq müharibəsinin veteranıdır.