Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Çox sayda terror aktında əli olan HƏMAS-ın batalyon komandiri öldürüldü - FOTO
İsrail Müdafiə Qüvvələri HƏMAS terror təşkilatının Şimali Xan-Yunis batalyonunun komandiri Taysir Mübaşeri məhv ediblər.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi “Telegram” kanalında məlumat verilib.
Məlumata görə, Taysir Mübaşer əvvəllər HƏMAS hərbi dəniz qüvvələrinin komandiri olub və silah istehsalı sahəsində bir neçə vəzifədə çalışıb.
Mübaşer hərbi sahədə və terror hücumlarını idarə edən komandir kimi böyük təcrübəyə malikdir. O, HƏMAS-ın yüksəkrütbəli döyüşçülərinin, eyni zamanda HƏMAS-ın hərbi qanadının ali komandanı Məhəmməd Deyfin qohumudur.
Mübaşer uzun illər ərzində İsrailin dinc sakinlərinə və Müdafiə Qüvvələri əsgərlərinə qarşı çoxsaylı terror hücumlarına, həmçinin Mexinada beş tələbənin ölümü, daha bir neçəsinin yaralanması ilə nəticələnən terror aktına görə məsuliyyət daşıyıb.
Bundan əlavə, kəşfiyyat məlumatları göstərir ki, Mübaşer 2004-cü ildə Quş-Katifdə İsrail Müdafiə Qüvvələrinin postunun altındakı tunelin partladılması üçün istifadə edilən partlayıcı qurğuları hazırlayıb və həmin partlayış nəticəsində bir İsrail əsgəri həlak olub, bir neçə nəfər isə yaralanıb.
Bundan əlavə, Mübaşer 2003-cü ildə Vered postunda terror aktına rəhbərlik edib. Həmçinin Zikim çimərliklərinə hücumda iştirak edib.
Qeyd edək ki, müharibə zamanı Xan-Yunisdən İsrail ərazisinə doğru 300 raket və minaatan atılıb.
"HƏMAS hərəkatı" teqi üzrə xəbərlər
- KİV: "HƏMAS İsraillə girovlarla bağlı razılığa gəlməyə hazırdır"
- BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi
- İsrail İranın HƏMAS-a maliyyə yardımına və 7 oktyabr hücumlarına dəstəyinə aid sənədləri ələ keçirib
- İsrail HƏMAS-a pul təklif etdi
- İsrail son 24 saatda "Hizbullah" və HƏMAS-ın 120-dən çox hədəfinə hücum edib
Rəylər