Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Crocus City Hall"un gələcək taleyi barədə yeni AÇIQLAMA
"Crocus Group" şirkəti Moskvada terror aktından sonra yanan "Crocus City Hall" konsert zalının xarici konturlarını bərpa etməyi planlaşdırır.
Bu barədə "Crocus Group" şirkəti məlumat verib.
"Crocus City Hall"un yerləşdiyi binanın ümumi sahəsi 400 min kvadratmetrdir. Bunun 10 min kvadratmetri binanın yanmış damı və perimetridir. Yaxınlıqda hər gün çoxlu sayda insanın ziyarət etdiyi başqa obyektlər də var. Ona görə də perimetrin bərpası çox vacibdir ki, dağılmış tikililər ziyarətçilər və işçilər üçün təhlükə yaratmasın", - deyə şirkətdən bildirilib.
Qeyd olunub ki, terror aktı baş verən yerdə həlak olanların xatirəsinə abidənin yaradılması və ya binanın digər strukturlarının bərpası ilə bağlı hələlik yekun qərar yoxdur.
Mənbə: TASS
"Crocus City Hall" teqi üzrə xəbərlər
- Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir
- Siyasət xəritəsi: Dünya 2024-cü ili hansı hadisələrlə xatırlayacaq?
- 2024-cü ildə yadda qalanlar: Trampın dönüşü, Əsədin gedişi
- Rusiyada "Crocus City Hall"da terror aktı ilə bağlı daha 4 şübhəli saxlanıldı
- "Crocus" terroru ilə bağlı yeni təfərrüat: Məhv edilmiş telefonlar istintaqa kömək etdi
Rəylər