Dağıstanda yol polisi postunun yanında partlayış nəticəsində ölənlərin sayı dördə çatdı, onlardan ikisi polis əməkdaşı, ikisi isə mülki vətəndaşdır.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə respublikanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Partlayış Dərbənd şəhərinin Cemikent polis postunun yaxınlığında bazar ertəsi səhər saatlarında polislərin avtomobili yoxladıqlar zaman baş verib.
“Son məlumata görə, ölənlərin sayı dördə çatıb, onlardan ikisi polis əməkdaşı, ikisi isə mülki vətəndaşdır. Daha beş nəfər müxtəlif xəsarətlər ilə xəstəxanaya çatdırılıb”, - agentliyin həmsöhbəti bildirib.
12:22
Dağıstanda YPX postunun yaxınlığında baş verən partlayış nəticəsində üç nəfər ölüb, beş nəfər isə yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə respublikannı hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
“Ölənlərin sayı üşə çatdı. İlkin məlumata görə, bu bir YPX əməkdaşı və iki mülki vətəndaşdır. Daha beş nəfər xəsarət alıb, onlardan üçün polis əməkdaşı, ikisi isə mülki vətəndaşdır”, - agentiyin həmsöhbəti bildirib.
Qeyd edək ki, daha öncə iki nəfərin öldüyü bildirilmişdi.