Dağıstanın Şamil rayonunda yaraqlılar polis əməkdaşlarını atəşə tutublar.
Oxu.Az-ın məlumatına görə, bu barədə TASS-a respublikanın hüquq-mühafizə orqanlarından məlumat verilib.
Silahlılar əvvəlcə retranslyasiya qülləsinə atəş açıblar, sonradan hadisə yerinə gələn polis əməkdaşları da atəşə tutulub.
Agentliyin sözçüsü bildirib ki, güc strukturlarının əməkdaşları arasında yaralanan yoxdur. Minaaxtaranlar qüllədə partlayıcı qurğunun olub-olmaması yoxlayırlar.