Çeçenistanın paytaxtı Qroznıda Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev arasında görüş keçirilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə RİA Novosti nəşrinə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, görüş təhlükəsizlik məsələlərini kurasiya edən yüksək vəzifəli rəsmilərin 7-ci Beynəlxalq toplantısı çərçivəsində keçirilib.
Görüş zamanı MDB çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.