Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Dağıstanın Bakıdakı nümayəndəsi işdən çıxarıldı
Dağıstan prokurorluğu respublikanın Bakıdakı nümayəndəsinin müavini Vidadi Babayevin vəzifəsindən azad edilməsinə nail olub.
Oxu.Az “Çernovik”ə istinadən xəbər verir ki, daha öncə V.Babayevin qanunazidd olaraq, eyni zamanda həm “Dərbənd şəhəri” şəhər dairəsinin Deputatlar Məclisinin deputatı, həm də Dağıstan respublikasının Bakı şəhərindəki nümayəndəsinin müavini olması barədə məlumat yayılmışdı.
“Bununla əlaqədar respublika prokurorluğu Dağıstan nümayəndəliyinin sədrinin ünvanına qanun pozuntusunun aradan qaldırılmasına dair təqdimat çıxarıb. Təqdimata baxılması nəticəsində V.Babayev tutduğu vəzifədən azad edilib”, - prokurorluqdan bildirilib.