Rusiyanın Dağıstan Respublikasının dövlət katibi Maqomedsultan Maqomedov tutduğu vəzifədən azad edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Dağıstan hökumət administrasiyasının "Telegram" kanalında məlumat verilib.
Xatırladaq ki, Maqomedsultan Maqomedov iyunun 25-də Rusiya hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılmışdı. O, dövlət əmlakını qanunsuz özəlləşdirmə faktı əsasında saxlanılıb. M.Maqomedov 2021-ci ildə Dağıstanın dövlət katibi vəzifəsində işləyirdi.