Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları Dağıstanın Şamil rayonunda yaraqlıların axtarışını həyata keçirirlər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İnterfax-a Milli Antiterror Komitəsinin nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, rayonda antiterror əməliyyatı rejimi tətbiq edilib
“Xüsusi antiterror əməliyyatı rejimi Dağıstanın Şamil rayonu sərhədi çərçivəsində 10 oktyabr yerli vaxtla saat 00.10-da tətbiq olunub. Güc strukturlarının əməkdaşları silahlı qruplaşmaların üzvlərini və onlarla əlbir olan şəxsləri axtarır”, - mənbə deyib.
S.B.
www.oxu.az