Tanzaniyanın şimalında mikroavtobusun Viktoriya gölünə aşması nəticəsində 12 nəfər ölüb.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, sərnişinləri bərə keçidinə aparan nəqliyyat vasitəsi qəfildən yoldan çıxaraq suya düşüb.
Üç nəfər hadisə şahidləri tərəfindən xilas edilib.
S.B.
www.oxu.az