İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Venesuela hökumətinə dəstəyini ifadə edib.
Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, Zəriflə Venesuela xarici işlər naziri Xorxe Arreas arasında telefon danışığı olub.
Tərəflər ABŞ “planları”nı önləmək üsullarını müzakirə ediblər.