Yunanıstan və Bolqarıstanda daşqınlara səbəb olan “Daniel” qasırğası Liviyaya çatıb.
Fırtınaya görə yerli hakimiyyət ehtiyat tədbiri olaraq dörd böyük neft limanını bağlamağa məcbur qalıb.
Ərəbistan Meteorologiya Mərkəzi ölkədə leysan yağış yağacağı, ildırım çaxacağı, daşqın olacağı barədə məlumat yayıb.
Liviyanın baş naziri Usamə Hammad ölkənin şərqində təhlükəsizlik, səhiyyə və təcili xidmətlər istisna olmaqla, bütün sektorlar üçün iki günlük tətil olacağını açıqlayıb.
“Daniel” qasırğası Liviyaya çatdı - VİDEO
Mənbə: BNN Breaking
Rəylər