ABŞ Senatına təqdim edilən qondarma erməni soyqırımına dair layihə bu mərhələdə ikitərəfli əlaqələrə təsir göstərməz.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, “Anadolu” agentliyinin verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.
O deyib ki, 1915-ci ildə baş verən hadisələr ilə bağlı təqdim edilən qanun layihəsini yaxından izləyirik:
“ABŞ-ın dövlət katibi Con Kerri ilə bu barədə müzakirə apardıq. Siyasi istismarlara icazə verməyəcəyik. Layihə tələm-tələsik bəzi Türkiyə əleyhdarları olan dairələr tərəfindən gündəmə gətirilib. Layihənin senatın gündəminə salınması gözlənilmir”.