Suriya sərhəddində üç türk əsgərinin həlak olması ilə nəticələnən insident Suriya ərazisindən atışmanın nəticəsi deyil. Psixi çatışmazlığı olan əsgər iki əsgər yoldaşını öldürdükdən sonra özü də intihar edib.
Bunu çərşənbə axşamı Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib.
Çərşənbə axşamı türk KİV-i Şanlıurfa əyalətində Suriya ilə sərhəddə üç türk hərbçisinin həlak olması haqqında xəbər yayıb. Əyalətin valisi İzzəttin Küçük onların həlak olmasının səbəbi kimi əsas versiya olaraq “İslam dövləti” terror təşkilatının yaraqlılarının nəzarət etdikləri Suriya ərazisindən açdıqları atəşin ola biləcəyini deyib. Amma sonradan ilkin istintaqın bu məlumatı təsdiqləmədiyi haqqında qeyri-rəsmi xəbər yayıldı.
Oxu.Az RİA-ya istinadən xəbər verir ki, Polşada səfərdə olan Davudoğlu jurnalistlərə:
“Çox güman ki, bu, psixi çatışmazlığın təzahürü olub”, - deyə, bəyan edib.
O əlavə edib ki, insident terror aktı olmayıb və ya sərhəddən hücum olmayıb və telefon zəngindən sonra baş verib. İki əsgər yoldaşını öldürən əsgər sonradan intihar edib.