Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

DÇ-2018 zamanı oğurlanmış sərvət Kazan meşəsində tapıldı
2018-ci ildə Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatı zamanı oğurlanmış 160 milyon rubl (təxminən 3.7 milyon manat) dəyərindəki qızıl-zinət əşyaları yalnız indi aşkar olunub.
Sports.ru xəbər verir ki, 2018-ci ildə Kolumbiya vətəndaşı Valero Edqar Alexandro Tatarıstanda qiymətli yükün daşınmasında iştirak edib. O, brilliant daşlar və zinət əşyaları ilə dolu kisələrdən bir neçəsini oğurlayıb.
Beynləxalq axtarışa verilən kolumbiyalı 2019-cu ilin sentyabrında Argentinada saxlanılıb. Bu ilin martında Rusiyaya təhvil verilən cinayətkar oğurladığı sərvəti Kazan meşəsində gizlətdiyini bildirsə də, dəqiq yerini göstərməkdə çətinlik çəkib. Bir aydan çox davam edən axtarışlar nəhayət ki, öz nəticəsini verib. Qızıl, brilliant daşlar və digər qiymətli əşyalarla dolu 4 kisə tapılaraq müsadirə olunub.
Tatarıstan DİN-dən verilən məlumata görə, zinət əşyaları tezliklə sahibinə qaytarılacaq.
"Argentina" teqi üzrə xəbərlər
- Argentina prezidenti altı saat ərzində LIBRA mem-tokenini yüksəltdi və "dəfn etdi"
- Argentinada 18 yaşından kiçik şəxslərlə bağlı mühüm qərar qəbul edildi
- ABŞ-dən sonra Argentina da ÜST-dən çıxır
- Azərbaycan Rusiyaya min tona yaxın kərə yağı ixrac edib
- Argentinada turistlərin gözü qarşısında aysberq çevrilib