2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində altı qarşılaşma baş tutub.
Oxu.Az xəbər verir ki, Polşa doğma meydanda Niderlandı qəbul edib. 90 dəqiqə ərzində komandalar qalibi müəyyən edə bilməyiblər. Tərəflər hərəsi bir dəfə fərqlənməklə xalları yarı bölüblər - 1:1.
Almaniya səfərdə Lüksemburqu sınağa çəkib. Gözlənildiyi kimi, qonaqlar meydan sahiblərinə şans verməyib və iki cavabsız qolla qalib gəliblər - 0:2.
Günün digər görüşlərində isə aşağıdakı nəticələr qeydə alınıb:
Finlandiya - Malta 0:1;
Xorvatiya - Farer adaları 3:1;
Cəbəllüttariq - Monteneqro 1:2;
Slovakiya - Şimali İrlandiya 1:0.