“Mən deməliyəm ki, dünyada rast gəldiyim bütün liderlər və siyasətçilər və əlbəttə ki, Avstraliya, Yeni Zellandiya, Kanada və Amerikadakı dostlarımız bizim Avropa İttifaqından çıxmağımızı istəmirlər. Bizim Avropa İttifaqından çıxmağımızı istədiyini düşündüyüm yeganə insan Vladimir Putindir”.
Oxu.Az euronews-a istinadən britaniyalı baş naziri Kameronun sözlərindən sitat gətirir.
“Sual vermək lazımdır - Bizim Avropa İttifaqından çıxmağımıza kim sevinər? Putin sevinəcək”, - deyə Britaniyanın baş naziri bildirib.
Xatırladaq ki, Böyük Britaniya parlamentinin deputatı Co Koksun qətli ilə əlaqədar Brexitin tərəfdaşları və əleyhdarlarının kampaniyasına üçgünlük fasilə elan edilib.
Böyük Britaniyanın Avropa İttfaqının tərkibindən çıxmasına dair referendum iyunun 23-də keçiriləcək.