Böyük Britaniyanın Baş naziri Devid Kemeron iyunun 23-də referendumda seçicilərin əksəriyyətinin Avropa İttifaqından (Aİ) çıxmasının lehinə səs verməsindən sonra oktyabrda istefaya getmək qərarına gəlib.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən məlumat verir.
“Düşünürəm ki, ölkəni növbəti təyinat məntəqəsinə aparan kapitan olmaq mənim üçün düzgün olmazdı”, - Kemeron jurnalistlərə bildirib.
Baş nazirin sözlərinə görə, Böyük Britaniyaya yeni rəhbərlik lazımdır.
Xatırladaq ki, iyunun 22-də Böyük Britaniyada Aİ-da üzvlüyə dair referendum keçirilib. Nəticədə seçicilərin 52 faizi Aİ-dən çıxmağın lehinə səs verib.