Rusiyalı teleaparıcı Dmitri Dibrovun gecə klubunda yıxılması ilə bağlı yeni təfərrüat məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, teleaparıcı pilləkəndən yıxılmazdan əvvəl iki qızla tanış olub və onlara axşamı öz evində davam etdirməyi təklif edib.
Bildirilir ki, əvvəlcə Dibrov qızlardan biri ilə söhbətə başlayıb və Fyodor Dostoyevskinin "Karamazov qardaşları" romanını müzakirə etmək üçün onu Rublyovkadakı evinə dəvət edib. Qız isə rəfiqəsi ilə birlikdə kluba gəldiyini bildirib. Bundan sonra teleaparıcı digər qızı da dəvət edib.
Mənbənin məlumatına görə, hər iki qız təkliflə razılaşıb və Dibrovla birlikdə çıxışa doğru hərəkət ediblər. Pilləkəndə teleaparıcı müşayiətçilərindən birinin izdihamda itdiyini görüb. O, qəfil geri dönmək istəyərkən müvazinətini itirib və yıxılıb.
Hadisədən sonra mühafizə əməkdaşları təcili yardım çağırıblar. Hazırda Dmitri Dibrov Moskvadakı Botkin xəstəxanasında müalicə alır.