Dmitri Peskovun media nümayəndələri ilə “conference call”unda gözlənilməz hadisə yaşanıb. Belə ki, Rusiya prezidentinin Mətbuat Xidmətinin rəhbəri ilə audio formatında ünsiyyət zamanı jurnalistlərin birinin iti də söhbətə “qoşulub”.
Bu barədə “Life Shot” səs yazısını paylaşıb.
Hadisə ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Liviya məsələləri ilə əlaqədar danışıqların müzakirəsi vaxtı baş verib.