Moldova prezidenti İqor Dodon Rumıniya ilə Moldovanın birləşməsinin ölkədə vətəndaş müharibəsinə yol aça biləcəyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə Moldova lideri yerli telekanala verdiyi müsahibədə qeyd edib.
O, müsahibədən fraqmentləri “Facebook” səhifəsində paylaşıb.
“Vətəndaşlarımızın bir hissəsinin uğrunda mübarizə apardığı Rumıniya ilə birləşmə vətəndaş müharibəsinə gətirib-çıxaracaq. Prezident olaraq Moldova Respublikasının dövlətçiliyinin ləğv olunmaması üçün əlimdə olan bütün qanuni vasitələrdən istifadə edəcəyəm”, - deyə Dodon bildirib.
Dodon problemin demokratik yolla həlli üçün referendum keçirməyi, birləşib-birləşməməklə bağlı seçimi vətəndaşların sərəncamına verməyi təklif edib.