Moskva hazırkı siyasi kursundan imtina etməyincə Vaşinqtonun dostu olmayacaq.
Oxu.Az CNN-ə istinadən xəbər verir ki, bu bəyanatı ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli səsləndirib.
“Rusiya dostumuz deyil və onların hökuməti indiki dəyərlərə sahib olduğu, beynəlxalq arenada özünü indiki kimi apardığı müddətdə bizim dostumuz olmayacaq”, - deyə Heyli Qərbi Virciniyada, respublikaçıların toplantısında bildirib.
Heyli qeyd edib ki, Rusiya Federasiyasını 2016-cı ildəki seçkilərə müdaxilədə günahkar hesab edir və bunu “yaramaz bir hadisə kimi” qələmə verib. ABŞ-ın daimi səfiri Rusiya hakimiyyətini Ukrayna ərazilərinin işğalında, Suriyada hökumətə dəstək olmaqda ittiham edib.