Amerika Birləşmiş Ştatlarının rəhbəri Donald Tramp bildirib ki, "Hizbullah"la bağlı məsələlərin nizamlanmasını Suriya öz üzərinə götürə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Fransada keçirilən "Böyük Yeddilik ölkələri" (G7) sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Mən İsrailə təklif etdim ki, "Hizbullah" məsələsini Suriyanın həll etməsinə imkan yaratsın, çünki sözün düzü, hesab edirəm ki, onlar bu işin öhdəsindən daha yaxşı gələcəklər", - deyə o, qeyd edib.
Onun sözlərinə görə, Suriya Prezidenti Əhməd əş-Şaraa məhz həmin şəxsdir ki, adıçəkilən təşkilatla bağlı məsələlərdə qayda-qanun yaratmağa qadirdir. Tramp, həmçinin "Hizbullah" qruplaşmasını daim özünü büruzə verən xırda bir narahatlıq kimi xarakterizə edib.