ABŞ prezidentinin oğlu Donald Tramp model Bettina Andersonla nişanlandığını elan edib.
Oxu.Az-ın xəbərinə görə, bununla bağlı ABŞ-li jurnalist Lora Lumer özünün "X" hesabında paylaşım edib və müvafiq videogörüntüləri dərc edib.
"O, "hə" dedi", - deyə kiçik Tramp Ağ Evdə təşkil olunan mərasimdə bildirib.
Qeyd edək ki, oğul Donald Tramp və Palm-Biçdən olan Bettina Andersonun münasibətləri təxminən bir ildir davam edir. Onlar oğul Donald Tramp "Fox News"un keçmiş aparıcısı Kimberli Qilfoyldan ayrıldıqdan sonra görüşməyə başlayıblar.