Ukrayna təhlükəsizlik xidməti tərəfindən Vaşinqtona yaraqlılara beş rusiyalı kadr generalının rəhbərlik etdiklərinin iddia edildiyi məruzə təqdim edilib, Oxu.Az bu barədə “Qazeta”ya istinadən xəbər verir.
Qeyd edilib ki, Kiyev işğal barədə məlumatı iyunun ortasında təqdim edib. Sənəddə Ukrayna xidməti tərəfindən “DXR” və “LXR”-yə rəhbərlik edən rusiyalı generallar barədə bütün məlumat göstərilib.
Prezident Barak Obamanın administrasiyasına təqdim edilmiş, Bloomberg agentliyinin dərc etdiyi məruzənin məlumatına əsasən, Donbassda Rusiya Silahlı Qüvvələrində xidmət edən 9 min rusiyalı hərbçi yerləşir.
Bundan başqa, məruzədə Ukraynanın cənubi-şərqində Rusiya tanklarını, zirehli maşınlarının, yaylım atəş raket sistemlərinin və artilleriya sistemlərinin yerləşdiyi qeyd edilir.