Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva “Eurovision 2015” təmsilçimiz Elnur Hüseynovla bir arada kameralara tuş gəlib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, model bir neçə gün sonra rəsmən Türkiyə vətəndaşı olacağını söyləyib.
Günay Musayeva boşanma ərəfəsində olan əri, aktyor Tolqa Karel haqda suala isə “Onu soruşub kefimi pozmayın” deyə cavab verib.
Aytən Sadıqzadə
www.oxu.az