Türkiyəli model Sənəm Kuyucuoğlu haqqında dələduzluq iddiası ilə məhkəmə prosesi baş tutub.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, model dostu Mərt Ortaçla birlikdə başqa şəxsə aid olan kredit kartları ilə Türk Hava Yollarından biletlər alıb.
Bakırköy 50-ci Asliye Cəza Məhkəməsində başlayan prosesdə isə Sənəmlə dostu iştirak etməyib. Onların haqqında tutulma əmri verilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Sənəmlə azərbaycanlı müğənni Elnur Hüseynov sərxoş vəziyyətdə İstanbulda barların birindən çıxarkən görüntülənmişdilər.
Aytən Sadıqzadə
www.oxu.az