“Qovorit Moskva”nın baş redaktoru, jurnalist Sergey Dorenko aortanın yırtılması nəticəsində vəfat edib.
Bu haqda mayın 10-da radiostansiyanın rəsmi saytında məlumat dərc olunub.
Məhkəmə tibbi-ekspertiza rəyində ölüm səbəbi kimi aortanın döş hissəsinin parçalanmış anevrizmi qeyd olunub.
Radiostansiyanın baş direktoru Vladimir Mamontov, Dorenkonun Troyekurovsk qəbirstanlığında torpağa tapşırılacağını söyləyib. Dəfn günü və saatı hələ ki elan olunmayıb.
Xatırladaq ki, Sergey Dorenko mayın 9-da vəfat edib. Ölüm anından əvvəl o, Sadovıy halqasında motosikletin idarəetməsini itirib.