Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Dövlət Departamenti İsrailə milyardlarla dollarlıq yeni silah satışına RAZILIQ VERDİ
ABŞ Dövlət Departamenti İsrailə təxminən üç milyard dollar dəyərində bomba, təlimat dəstləri və digər silahların satışına razılıq verib.
Oxu.Az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyindən (DSCA) məlumat verilib.
Məlumata görə, ümumilikdə üç fərqli silah satışının təsdiqi üçün Konqresə rəsmi şəkildə müraciət edilib. Satışlardan biri 2.4 milyard dollar dəyərində 35 500-dən çox "MK-84" və "BLU-117" bombası ilə 4 000 "Predator" döyüş başlığını, digəri 675.7 milyon dollar dəyərində döyüş sursatlarını, üçüncüsü isə 295 milyon dollar dəyərində "D9R" və "D9T" model "Caterpillar" buldozerləri və əlaqəli avadanlıqları əhatə edir.
Sözügedən silah satışı ABŞ Prezidenti Donald Tramp Administrasiyası tərəfindən bu ay İsrailə verilən ikinci satış paketi olaraq qeyd edilib.
"ABŞ Dövlət Departamenti" teqi üzrə xəbərlər
- ABŞ-dən Zelenskiyə ilk cavab: Bərpa proqramı dayandırıldı
- Tramp ABŞ-nin diplomatik nümayəndəliklərinin sayını azaldacaq
- Dövlət Departamenti Rusiya və ABŞ nümayəndə heyətlərinin İstanbul görüşünün yekunlarını açıqlayıb
- Tramp Maska qulaq asmayanları hədələdi
- ABŞ Dövlət Departamenti: "İran razılaşmasa, maksimum təzyiq altında qalacaq"