Dövlət Dumasının “Ədalətli Rusiya” partiyasından olan deputatı Oleq Paxolkov xaricə neft satışının dayandırılmasını təklif edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, parlamentarinin iqtisadi inkişaf naziri Aleksey Ulukayevə ünvanlanmış müraciətində, neft asılılığından imtina etmə yolu ilə Rusiyanın daxili iqtisadiyyatının inkişaf strategiyasının hazırlanması imkanlarından danışılır.
Eyni zamanda, Paxolkov bu tədbirin ani tətbiqinin mümkün olmadığını da etiraf edir.
“Rusiyanın tərəfdaşları tərəfindən yerinə yetirilməsi mütləq olan öhdəlikləri var. Bu prosesi mərhələlərlə, addım-addım “qara qızılın” satışını tam dayandırana qədər, neftin xaricə tədarükünü azaldaraq 5 il ərzində 20 faiz ilə həyata keçirməyi təklif edirəm”, - deputat izah edib.
Parlamentarinin fikrincə, Rusiyanın ən böyük problemi indiyə qədər “neft iynəsinin” üzərində oturması” olub.
Paxolkov iddia edir ki, Rusiya indi geriyə dönüb prinsipial olaraq yeni həyata başlamalıdır.
“Biz hələ ki neftin nə zaman bahalaşacağını gözləyirik, iqtisadiyyatımız çökür, eləcə də dövlətimiz çökür. Biz isə öz növbəmizdə gələcək nəsillərin ehtiyat resurslarını dağıdırıq. Dünya yanğın doldurma məntəqəsi olmağı bacarmadıq”, - o, Ulukayeva göndərdiyi sorğusunda yazıb.