Dubayda keçirilən və Azərbaycan müdafiə nazirinin müavininin də canlı izlədiyi aviaşouda qəzaya uğrayan Hindistana məxsus qırıcı təyyarəsində bir nəfər həlak olub.
Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.
İlkin məlumatlara görə, "Dubai Airshow 2025" aviaşousunda qəzaya uğrayan "Tejas" qırıcı təyyarəsinin pilotu katapult etməyə imkan tapmayıb.
Hindistan Hərbi Hava Qüvvələri "Tejas" qırıcı təyyarəsinin aviaşouda qəzaya uğradığını və pilotun həlak olduğunu təsdiqləyib.
Dubayda "Dubai Airshow 2025" ("Dubay Aviaşou - 2025") aviaşousunda uçuş proqramı zamanı təyyarə qəzaya uğrayıb.
Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.
İlkin məlumatlara görə, Hindistanın "Tejas" çoxməqsədli qırıcı təyyarəsi qəzaya uğrayıb.
Uçuş proqramına uyğun olaraq, yerli vaxtla saat 14:00-dan (Bakı vaxtı ilə saat 14:00 - red.) başlayaraq Hindistan istehsalı olan "Tejas" qırıcı təyyarəsinin pilotları nümayişlərini həyata keçirməyə başlayıblar və qısa müddət sonra qırıcı qəzaya uğrayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə və müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov "Dubay Aviaşou - 2025" aviasiya sərgisində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər ediblər. Müdafiə nazirinin müavinləri müxtəlif dövlət rəsmiləri və beynəlxalq şirkətlərin nümayəndələri ilə birgə tədbirin rəsmi açılış mərasimində iştirak ediblər.