Dubayda yaşayan Hindistan vətəndaşını islamı təhqir etdiyinə görə 7 il həbs və deportasiya gözləyir, Oxu.Az Arabian Business-ə istinadən xəbər verir.
Polisin məlumatına görə, 41 yaşlı Dubay sakini islamı və Məhəmməd Peyğəmbəri təhqir edən sözləri Facebook-dakı səhifəsində paylaşımları və şərhlərdə yerləşdirimiş.
KİV-in məlumatına görə, bu, şübhəli şəxsin İraqdakı münaqişə haqqında videoya baxmasından sonra baş verib.
Polisə belə şərhlər və paylaşımlar barədə digər internet istifadəçisi məlumat verib.
Şübhəli şəxsin şəbəkədə təhqiramiz şərhlər yazdığı smartfonu ekspertizaya göndərilib.
Hakim İzat Mansuranın sözlərinə görə, əgər onun günahı sübut edilərsə, Hindistan vətəndaşını 7 ilədək həbs cəzası və deportasiya gözləyir.