Dubayda seksual tələbləri ödənilməyən qadın boşanmaq üçün məhkəməyə müraciət edib.
Oxu.Az xəbər verir ki, bu barədə The Gulf News məlumat yayıb.
“O şikayətində bildirib ki, əri onunla gündə 2-3 dəfə yox, yalnız həftədə 3-4 dəfə yaxınlıq edə bilir”, - deyə, məhkəmədəki mənbə bildirib.
Qadının əri tibbi müayinədən keçib və məlum olub ki, o, sağlamdır və həyat yoldaşının tələbatını ödəyə bilər. Hakim qadına da həkimə müraciət etməyi bildirsə də, o, bundan imtina edib. O ya təcili şəkildə nikahı pozmağı, ya da bir üsulla ərinə təsir göstərməyi tələb edir.
Hələlik məhkəmə qadının tələbinin boşanma üçün kifayət edəcək əsas olduğunu bildirərək, yekun qərar qəbul etməyib.
Şəriət qanunlarına görə, ərin fiziki yaxud psixiki xəstəlikləri, sonsuzluq, ərin arvadına pis münasibəti boşanmaq üçün hörmətli səbəb sayılır.