Bakı-Sumqayıt şossesinə girişi bərpa edilib.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, Bakı-Sumqayıt şossesində aparılan təmir işlərinin bir hissəsi yekunlaşdığı üçün Moskva prospekti kənar yolla hərəkət edən nəqliyyat vasitələrinin Bakı-Sumqayıt şossesinə girişi bərpa edilib.
Hal-hazırda yolun digər qismində təmir işləri aparıldığına görə Bakı-Sumqayıt şossesinin 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
E.Ə.
www.oxu.az