Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Dubayı rekord sayda turist ziyarət edib](https://images.oxu.az/2025/02/09/seqXZU5dHQ49Gulft14ItuxNtzVJyxXrXv8st5Td:1200.jpg)
Dubayı rekord sayda turist ziyarət edib
2024-cü ildə Dubayı 18.7 milyon xarici turist ziyarət edib ki, bu da əmirliyin yeni rekordudur.
Oxu.Az xəbər verir ki, məlumat Dubay hökumətinin mətbuat xidməti olan "Dubai Media Office" tərəfindən açıqlanıb.
2023-cü ilə nisbətən artım 9 faiz təşkil edib.
"Turizm sektoru inkişafını davam etdirib. 832 hotel müəssisəsində orta doluluq 78% olub ki, bu da 154 mindən çox otaq deməkdir", - Dubayın vəliəhdi şeyx Həmdan bin Məhəmməd Əl Məktum "X"də yazıb.
"Turizm" teqi üzrə xəbərlər
- Türkiyəni ötən il 62 milyondan çox turist ziyarət edib
- Azərbaycanda bayram günlərində hotellərin doluluğu və qiymətləri nə qədər olub?
- "Google": Bakı Hindistanda ən populyar turizm istiqamətinə çevrilib
- Turistlərin nəzərinə: Maldiv adalarında yeni qadağa
- Azərbaycanda qış turizm mövsümünə start verilib
Ən çox oxunanlar
Rəylər