ABŞ-da bir milyondan çox insan (1,029,878) yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.
Statistikaya görə, hazırda dünyada COVID-19 infeksiyasına yoluxma hallarının üçdə biri ABŞ-da qeydə alınıb, yəni hər üç koronaviruslu xəstədən biri amerikalıdır.
Ölkə üzrə yoluxanların 58 mindən çoxu virusun qurbanına çevrilib.
Qeyd edək ki, hazırda dünyada koronavirusa yoluxanların sayı 3 127 947 nəfərdir.