Dünyada 5 000 280 nəfər koronavirusa yoluxub.
Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd edilir.
Virusdan 325 151 nəfər ölüb, 1 970 887 nəfər sağalıb.
Ölkələr arasında koronavirusa ən çox yoluxma 1 570 583 nəfərlə ABŞ-da müşahidə edilir.
Rusiya bu siyahıda 308 705 nəfərlə ikinci yerdədir. Üçüncü yerdə isə 278 803 nəfərlə İspaniyadır.
Virusa qonşu ölkələrdən Türkiyədə 151 615, İranda 124 603, Ermənistanda 5 271, Gürcüstanda 713 nəfər yoluxub.
Azərbaycanda koronavirusa 3 518 nəfər yoluxub, bunlardan 41-i ölüb, 2 198-i isə sağalıb.
Rəylər