İyulun 10-dan avqustun 6-dək dünyada koronavirusa yoluxma hallarının sayı əvvəlki 28 günlə müqayisədə 80% artıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat verib.
Təşkilatın məlumatına görə, ölənlərin sayı 57% azalıb.
Həmçinin qeyd edilib ki, mütəxəssislər dörd həftə ərzində dünyada 1 492 210 yoluxma halı və 2560 ölüm halı qeydə alıblar. Təşkilat vurğulayıb ki, bu müddət ərzində ən çox yoluxma Koreya Respublikasında (1 278 065 nəfər) müşahidə olunub. Braziliyada isə ən çox ölüm qeydə alınıb, iyulun 10-dan avqustun 6-dək ölkədə 500 nəfər ölüb.
ÜST bildirib ki, təşkilatın mayın 5-də elan etdiyi fövqəladə vəziyyətin sona çatmasına baxmayaraq, COVID-19 əsas təhlükə olaraq qalır.
Mənbə: Life.ru
Rəylər