Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Dünyada yeganə olan "Ferrari" hərraca çıxarıldı
Unikal "Ferrari F40" avtomobili "Iconic Auctioneers" hərracında satışa çıxarılıb.
Oxu.az championat.com-a istinadən xəbər verir ki, bu nümunə digərlərindən öz mühərriki ilə fərqlənir. V8 mühərriki ilə təchiz edilmiş standart modeldən fərqli olaraq, onun kapotu altında V12 quraşdırılıb. Lotun gözlənilən dəyəri 500-600 min funt sterlinqdir (təxminən 640-770 min dollar).
Məlumdur ki, bu avtomobil əvvəlcə "Ferrari" tərəfindən sınaq üçün istifadə edilib, sonra isə Britaniya "Simpson Motorsport"da iştirak edib.
"Ferrari F40" italyan brendinin 40 illik yubileyi üçün yaradılıb və şirkətin qurucusu Enzo Ferrarinin hazırladığı sonuncu avtomobil olub.
"Lüks avtomobil" teqi üzrə xəbərlər
- Dünyada yeddi dənə olan avtomobilin səkkizincisini Hindistanda kustar üsulla düzəltdilər
- Avtomobilin dəri salonunun beş mənfi cəhəti - Mütəxəssisdən açıqlama
- Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI
- "GAC Motors"dan "İlin son fürsəti" kampaniyası 3 000 AZN-dək endirim!
- "ONVOLT" şirkəti "IM Motors" elektromobil markasının yeni "IM L6" və "IM L7" modellərini təqdim edir