Dünyanın ən böyük cüt mühərrikli ticarət təyyarəsi Boeing 777X-in ilk sınaq uçuşu reallaşdı.
BBC-nin verdiyi məlumata görə, ABŞ-ın Sietl şəhərindən yola çıxan 777X dörd saatlıq uçuşu uğurla başa vurub.
77 metr uzunluğundakı təyyarənin gələn il xidmətə başlamazdan əvvəl daha çox sınaqlara məruz qalacağı bildirilir.